Gəncə şəhər sakini sirkə turşusundan zəhərlənib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyeva sirkə turşusu zəhərlənməsi ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Onun intihara cəhd məqsədi ilə sirkə turşusu içdiyi bildirilir.