İnterpol axtardığı azərbaycanlı cərrah danışdı <span style="color:red;">- açıqlama
05 sentyabr 2014 16:24 (UTC +04:00)

İnterpol axtardığı azərbaycanlı cərrah danışdı - açıqlama

2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq İnterpol tərəfindən axtarışa verildiyi haqqında məlumat yayılıb. Lent.az-ın “anspress”ə istiandən məlumatına görə, Rusiyanın "Komsomolskaya pravda" qəzeti "Estet klinika" və "Lanset" klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir. "KP" həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib. 

Məlum olub ki, professor Elçin Məmmədov Azərbaycana qayıtdıqdan sonra bu günə qədər Bakıda yerləşən "Caspian İnternational Hospital"da estetik cərrah vəzifəsində işləyir. O, İnterpol xətti ilə axtarışda olmasına isə belə münasibət bildirib: "Mən çox məşhur cərraham, dünyanın bir çox ölkələrindən əməliyyat olunmaq üçün mənim yanıma gələnlər var. Məhz buna görə də orada işləməyim üçün klinikanın rəhbərliyi mənimlə əlaqə saxlayıb razı saldı. Orada əməliyyat zamanı anestezoloq dozanı artıq etdiyinə görə Anna Spitsına komaya düşüb. Burada mənim heç bir günahım yoxdur. Bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim. Annanın həyat yoldaşı Kirili polis bölmələrinə və televiziyalara çağıraraq tələb edirlər ki, onların istədiklərini desin. Kirilin burada heç bir rolu yoxdur. Məhkəmə keçirildi və qərar çıxdı ki, mənim günahım yoxdur, Anna anestezoloqun günahından bu vəziyyətə qalıb". 


Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Elçin Məmmədovun işi ilə bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2198
avatar

Oxşar yazılar