İnsanları "işlə təmin edən" dələduz saxlanıldı
01 oktyabr 2019 13:26 (UTC +04:00)

İnsanları "işlə təmin edən" dələduz saxlanıldı

Quba rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
 
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.
 
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində 18 vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Onun vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.
 
Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
 
Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba rayon Polis Şöbəsinə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar