
İnsan alverində təqsirləndirilən qadına şərti cəza verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günay Axundovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, G. Axundova 7 il 3 ay 18 gün azadlıqdan məhrum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tədbiq edilib və cəzası sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Günay Axundova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, Günay Axundova Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.
Günay Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.
Şikayət əsasında araşdırma aparılıb və Günay Axundovanın insan alveri törətməsi faktı müəyyən edilib. Onun barəsində bu ilin əvvəlində axtarış elan edilib.
İstintaq orqanı tərəfindən Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Oxşar yazılar

Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53