İmişlidə yanğın hadisəsi qeydə alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus traktorun qoşqsunun yanar hissələri və qoşquya yığılmış 2 ton ot bağlaması yanıb.
Traktor yanğından mühafizə olunub. Yanğın saat 18:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.