İmişlidə maşın piyadanı vuraraq öldürdü
09 mart 2016 22:21 (UTC +04:00)

İmişlidə maşın piyadanı vuraraq öldürdü

0

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə baş verən yol-nəqliyyat hadisəsində piyada ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 21.30 radələrində İmişli şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

 

İmişli sakini, 1995-ci il təvəllüdlü Həsənli Adil Aqil oğlu İdarə etdiyi “SANGAM” markalı 99 AF 979 dövlət nömrə nişanlı avtomobillə  yolu keçən İmişli rayon sakini, 1982-ci il təvəllüdlü Tarverdiyev Vüsal Eyvaz oğlunu vurub. 

 

Müxtəlif bədən xəsarətləri alan V.Tarverdiyev İmişli rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar