İmişlidə cinayətkar dəstə yaxalandı
30 aprel 2016 00:40 (UTC +04:00)

İmişlidə cinayətkar dəstə yaxalandı

0

İmişli rayonunda  3 nəfərdən ibarət  oğru  dəstə  yaxalanıb.

 

İmişli polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bir müddətdir ki, müxtəlif vaxtlarda ticarət obyektlərindən və mənzillərdən oğurluq edən dəstə saxlanılıb.

 

İmişli rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, 1990-cı il təvəllüdlü  Mirzəyev Ceyhun Ağasəf oğlu, 1977-ci il təvəllüdlü Həsənov Rail Əliheydar oğlu və 1982-ci il təvəllüdlü  Cəfərov Elşən Vaqif oğlu saxlanılaraq istintaqa cəlb olunub. Oğru dəstə tərəfindən yalnız İmişli rayonunda 6 oğurluq faktı və həmçinin ətraf rayonlarda da bir neçə oğurluq faktı törətdikləri məlum olub. Adı çəkilən şəxslər evlərdən və mağazalardan 8 min manatdan çox nağd pul, çoxlu sayda qızıl-zinət əşyaları, məişət əşyaları, mağazalardan ərzaq, siqaret, spirtli içkilər, mobil telefon konturları və sair əşyalar oğurlayıblar. Cinayətkar dəstənin vətəndaşlara vurduğu maddi ziyanın miqdarı istintaq tərəfindən  dəqiqləşdirilir.

 

Faktla bağlı İmişli polis şöbəsində cinayət işi açılıb, dəstənin  digər  oğurluq faktlarında  iştirakının olub-olmaması  araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar