Bu gün İmişli rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğından digər avtomobillər mühafizə olunub. Saat 17:47-də yanğın söndürülüb.
Hadisənin səbəbi araşdırılır.