Avtomobilin öldürdüyü velosipedçinin kimliyi məlum oldu  - <span style="color:red;">YENİLƏNİB
28 may 2016 10:46 (UTC +04:00)

Avtomobilin öldürdüyü velosipedçinin kimliyi məlum oldu - YENİLƏNİB

0

İmişlidə yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən velosipedçi rayonun Göbəktala kənd sakini, 1984-cü il təvəllüdlü Əmrahov Zabil Əvəz oğludur. 

08:09

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Şahverdili kəndi ərazisində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobil hələlik şəxsiyyəti məlum olmayan 20-25 yaşlı velosipedçini vurub. Nəticədə velosipedin sürücüsü ağır kəllə-beyin travması ilə, komatoz vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Həkimlərin səyinə baxmayaraq o, səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar