Bu ilin ilk Günəş tutulması baş verib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, tutulma Bakı vaxtilə saat 03:20 radələrində başlayıb. Tutulmanı Hind okeanının Şərq sahillərində, İndoneziyada və Sakit okean hövzəsində müşahidə etmək mümkün olub.
Günəş tutulması saat 08:34-dək davam edəcək. Tam tutulma 05:57-də baş tutub. Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb. Bu tutulma əsasən cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində müşahidə edilib.
Bu təbiət hadisəsini Azərbaycandan izləmək mümkün olmayacaq.