İlhamə Quliyeva məhkəməyə gəlmədi
31 oktyabr 2013 12:55 (UTC +04:00)

İlhamə Quliyeva məhkəməyə gəlmədi

0

Xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə aznews.az-a məlumatı N. Dostəliyevanın vəkili Yunis Vəliyev verib. Onun sözlərinə görə, qarşı tərəfin özü və nümayəndələri Yasamal Rayon Məhkəməsinə gəlməyib. 

Məhkəmə prosesi təxirə salınaraq noyabrın 19-na təyin edilib. 
İ.Quliyevanın vəkili Şəfiqə Hacıyeva məhkəmə prosesində iştirak etməməyinin səbəbini açıqlayıb: “Şəkidə məhkəmə prosesim var idi. Məhz bu səbəbdən Yasamal rayon Məhkəməsində prosesdə iştirak edə bilmədim”. 

Xatırladaq ki, İ. Quliyeva ATV-nin efirində N. Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” demişdi. Bu ifadənin qarşılığında N. Dostəliyeva xalq artisti İlhamə Quliyevadan 100 min manat təzminat tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1317

Oxşar yazılar