
İkiqat Avropa çempionu olan polis rəisi işdən çıxarıldı
Baş Narkotiklərlə Mübarizə İdarəsinin daha bir əməkdaşı işdən çıxarılıb.
ONA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Qalib Hümbətov tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Baş İdarənin rəis müavini, polis polkovniki Fuad Məmmədli də tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.
ONA-nın əldə etdiyi məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində yoxlamalar aparılıb. Yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. Bu nöqsanlara yol verən bir neçə əməkdaş cəzalandırılıb.
Xatırladaq ki, Qalib Hümbətov sambo üzrə ikiqat Avropa çempionudur.
İşdən çıxarılan rəis müavini Fuad Məmmədli isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.
Oxşar yazılar

Şahbuzda FACİƏ: 69 yaşlı qadın göldə boğuldu
3 iyul 2025 , 11:32
İki azərbaycanlı ailə Rusiyadan qovuldu
3 iyul 2025 , 11:03Sabunçuda narkotik satan 5 nəfər saxlanıldı -VİDEO
3 iyul 2025 , 10:58
Səfərbərlik Xidməti 62 nəfər barəsində Baş Prokurorluğa müraciət etdi
3 iyul 2025 , 10:38
Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 , 10:21
Lənkəranda 65 yaşlı kişini bıçaqlayan şəxs tutuldu
3 iyul 2025 , 10:18
Bakıda istirahət mərkəzində FACİƏ: "tok" vurub öldürdü
3 iyul 2025 , 09:47