<span style="color:red;">Rusiyalıların yarıdan çoxu:  "Qarabağ məsələsində tərəfsiz olmalıyıq" - <span style="color:red;">SORĞU
15 aprel 2016 17:20 (UTC +04:00)

Rusiyalıların yarıdan çoxu: "Qarabağ məsələsində tərəfsiz olmalıyıq" - SORĞU

0

 

Rusiyalıların 76%-i Ermənistan və Azərbaycan arasında aprelin əvvəllərində hərbi əməliyyatların yenilənməsi ilə bağlı bu və ya digər səviyyədə məlumatlı olub. Lakin əhalinin 52%-i hesab edir ki, Moskva münaqişəyə cəlb olunan dövlətlərdən heç birinin tərəfini tutmamalıdır.

 

APA-nın “interfax”a istinadən verdiyi xəbərə görə, bu barədə “İctimai Rəy” Fondunun apardığı sorğunun nəticələrində bildirilir

 

Rəyi soruşulanların 6%-i Rusiyanın Ermənistanı, cəmi 1%-i isə Azərbaycanı müdafiə etməli olduğunu düşünür. Respondetlərin 23%-i cavab verməkdə çətinlik çəkib.

 

Həmçinin, sorğuda iştirak edənlərin 40%-i belə düşünür ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin dayandırılması üçün əlindən gələn hər şeyi etməli, 30%-i isə Rusiyanın bu məsələdə böyük fəallıq göstərməməli olduğunu hesab edir.

 

Sorğu aprelin 9-10-da Rusiyanın 53 subyektinin 104 yaşayış məntəqəsindən 1500 respondent arasında keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar