Sumqayıt və Ağcabədidə ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtda yanğın bir-birinə bitişik hər birinin sahəsi 15 kv.m olan 2 ədəd istifadəsiz qarajda baş verib. Nəticədə qarajların dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və 1 ha sahədə quru ot yanıb. Qarajların qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağcabədi rayonu, Kəbirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.