İki nəfərdən silah götürüldü
20 aprel 2017 13:42 (UTC +04:00)

İki nəfərdən silah götürüldü

0

Bakı sakinindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Cavid Quliyevdən nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng və 9 ədəd patron aşkar edilib. Bundan başqa əldə edilən məlumat əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Nizaməddin Quliyevin yaşadığı evə baxış zamanı oradan "TOZ-8" markalı tüfəng götürülüb.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar