Azərbaycanda daha iki nəfər suda boğulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 3-də Füzuli rayonunun Alıxanlı kənd sakini Məhərrəm Quliyev Köndələn çayının kənd ərazisindən keçən hissəsinə yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.
Bundan başqa dünən İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Rauf Abdullayev Araz çayının qəsəbə ərazisindən keçən hissəsinə yıxılaraq boğulub. Axtarış davam etdirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.