İki məktəbin damı uçdu
08 dekabr 2014 11:48 (UTC +04:00)

İki məktəbin damı uçdu

0

Ötən gün Siyəzən rayonunda əsən güclü külək bir sıra fəsadlar törədib. Siyəzən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından (FHK) APA-nın yerli bürosuna verilən məlumata görə, güclü külək rayona elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

 

Güclü külək nəticəsində Siyəzən 4 nömrəli və Qozağacı kənd orta məktəblərinin dam örtüyü uçub. Bundan əlavə, rayonun Beşdam, Kiçik Həmyə, Qozağacı və Qalaşıxı kəndlərinə bir neçə yaşayış evinin damı və hasarını külək uçurub.

 

Siyəzən FHK-nın sədri Zəfər Əliyevin APA-ya verdiyi məlumata görə, küləyin fəsadları ilə bağlı baxış keçirilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar