İki "Mercedes" toqquşdu: [b]yaralanan var[/b]
18 iyul 2018 02:49 (UTC +04:00)

İki "Mercedes" toqquşdu: [b]yaralanan var[/b]

Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

 

Belə ki, 90-UC-653 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil "Sola qadağandır" yol nişanının tələbini pozaraq Eldar Babayev küçəsinə dönüb. Bu zaman Hüseyn Seyidzadə küçəsində hərəkətdə olan 90-UV-281 dövlət nişanlı "Mercedes" markalı avtomobil ona çırpılıb. Nəticədə sonuncu avtomobildə olan yeniyetmə oğlan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı əraziyə Post və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Hər iki avtomobil deformasiyaya uğrayıb. Maşınlar cərimə meydançasına yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar