İki “VAZ” yandı
19 aprel 2016 17:54 (UTC +04:00)

İki “VAZ” yandı

0

Zərdab və Lənkəranda “VAZ” markalı avtomobillər yanıb.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Zərdab şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın saat 15:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Digər məlumata görə, Lənkəran rayonu, Girdəni kəndində də  (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yaxınlıqdakı sex yanğından mühafizə olunub.  Yanğın saat 16:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 259

Oxşar yazılar