<span style="color:red;">KURYOZ OLAY:  icra hakimiyyətinin kondisionerlərini oğurladılar
30 may 2017 11:57 (UTC +04:00)

KURYOZ OLAY: icra hakimiyyətinin kondisionerlərini oğurladılar

0

Ağdaşda inzibati binadan oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar