İçi pul və qızılla dolu seyfi oğurlamış şəxs tutuldu
01 fevral 2016 13:27 (UTC +04:00)

İçi pul və qızılla dolu seyfi oğurlamış şəxs tutuldu

0

İçərisində pul və qızıl əşya olan seyfi oğurlamış Ağcabədi sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon sakini Rabil Məmmədovun evindən içərisində 10000 manat və 10000 ABŞ dolları, habelə qızıl əşya olan seyfi oğurlamış həmyerlisi Samir Məhərrəmov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

 

 

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar