Hövsanda sərxoş sürücü qəza törətdi: yaralanan var
13 dekabr 2014 07:51 (UTC +04:00)

Hövsanda sərxoş sürücü qəza törətdi: yaralanan var

0

Bakının Suraxanı rayonunda sərxoş sürücü qəza törədib.

 

APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəza zamanı Babək Bayramovun idarə etdiyi "Mercedes"lə  Mübariz Məmmədovun idarə etdiyi  "BMW" toqquşub.  Nəticədə Mübariz Məmmədov xəsarət alıb. O, təcili yardım vasitəsi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilkin yardım göstərilib, hazırda vəziyyəti stabildir.

 

Qəza zamanı avtomobillər  yarasız hala düşüb. Əraziyə Dövlət Yol Polisinin Suraxanı Rayon  Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Babək Məmmədov içki testinə cəlb edildikdə məlum olub ki, o  sərxoşdur.  Bu səbəbdən B. Məmmədovun avtomobili cərimə meydançasına, özü isə ifadəsinin alınması üçün polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar