<b>Hövsanda çirkab suları dənizə axıdılıb</b>
13 avqust 2016 11:59 (UTC +04:00)

Hövsanda çirkab suları dənizə axıdılıb

0

 

Hövsan qəsəbəsində çirkab suları birbaşa dənizə axıdılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, Bağlar massivi adlanan ərazidə fərdi yaşayış evlərində formalaşan çirkab sularının birbaşa Xəzər dənizinə axıdılması faktı öz təsdiqini tapıb.

 

Faktla bağlı əraziyə xidmət göstərən Suraxanı Su-Kanal idarəsinin rəisi Əbulfəz Kərimzadə barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün Suraxanı Su-Kanal idarəsininə icrası məcburi olan “Məcburi göstəriş” verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar