Heyvan oğruları saxlanılıb
07 sentyabr 2013 02:05 (UTC +04:00)

Heyvan oğruları saxlanılıb

Salyan polisi irbuynuzlu heyvanları oğurlayan  Cəlilabad sakinlərini həbs edilib. Salyan rayon polis şöbəsinin müstəntiqi Tofiq İsmayılovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, Salyanın Seyidlər kənd sakini Arzu Xamməd qızı Quliyeva həyətyanı sahəsindəki tövlədən bir baş iribuynuzlu heyvan oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edib.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunun Qarazəncir kənd sakinləri Rafiq Dayandur oğlu Qurbanov və Etibar Xanlar oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı onların müxtəlif vaxtlarda Salyan, Biləsuvar və Cəlilabad rayonlarından 15 baş iribuynuzlu heyvan oğurladıqları məlum olub.

 

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643
avatar

Oxşar yazılar