Heydər Əliyev prospektində tıxac yaranıb
08 dekabr 2014 12:37 (UTC +04:00)

Heydər Əliyev prospektində tıxac yaranıb

“Azərsu” təmir-bərpa işlərinin iki gün davam edəcəyini bildirir


 

“Azərsu” ASC Şəfa stadionu ilə “Bağırov” körpüsünün arasında yerləşən ərazidə (Heydər Əliyev prospektindən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edərkən yardımçı yolda) mövcud su xəttinin dəyişdirilməsi işlərinə başlayıb.

 

Bunu “APA-Economics”ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

 

A. Cəbrayıllının sözlərinə görə, 300 millimetrlik su xəttini 1500 metrlik hissəsi dəyişdiriləcək: “Su xəttinin 900 metrdən çoxu çəkilib. Səhər və axşam saatlarında yolda iş görülmür. Hərəkətin intensiv olduğu saatlarda nəqliyyatın hərəkətinə mane olmamaq üçün yol açıq olur. Ancaq əməkdaşlarımız ərazidə 24 saat işləyir”.

 

Qeyd edək ki, təmir-bərpa işlərinin iki günə yekunlaşacağı gözlənilir.

 

Onu da əlavə edək ki, təmir-bərpa işlərinin aparılması sözügedən ərazidə tıxacın yaranmasına səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar