Həyat yoldaşının qulağını kəsən şəxsin apellyasiya məhkəməsi başlayıb
02 aprel 2014 12:15 (UTC +04:00)

Həyat yoldaşının qulağını kəsən şəxsin apellyasiya məhkəməsi başlayıb

Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Astara rayon sakini Çingiz Mehdiyevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.


 

Bu barədə APA-ya məlumat verən Ç. Mehdiyevin vəkili Natiq Əsədov bildirib ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 11-nə təyin edilib.

 

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar vermək), 145.2.5 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yaratmaqla qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6 (silahdan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə təqsirli bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar