Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədən qaçan əsgərlə bağlı məluma yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadə barəsində bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətə uyğun deyil.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.
Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.
Əsgər Cəmil Elxan oğlu Hüseynzadə iki gün sonra Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib.
Bəzi KİV-də əsgər E. Hüseynzadənin öz komandiri tərəfindən döyülərək kanala atəlması barədə məlumatlar yayılıb.