Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun buraxılışı keçirilib
08 may 2016 18:18 (UTC +04:00)

Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun buraxılışı keçirilib

0

Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib. Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 414

Oxşar yazılar