
Bakıda "Mercedes"lə vurulan piyada öldü
0
0
Xəzər rayonununda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 5-də saat 7 radələrində baş verib. Rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.
0
0