Həbsdəki baş redaktorun şikayəti üzrə məhkəmə başladı
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Qafqaz” xəbər agentliyinin rəhbəri Mahmud Tağıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Məhkəmə baxışı iyulun 3-ə təyin edilib.
Xatırladaq ki, M.Tağıyev ötən il həbs edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.
Cinayət işi üzrə zərərəçəkmiş şəxs qismində “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Nəriman oğlu Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Tofiq oğlu Bədəlov, həmçinin daha iki nəfər tanınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlü ilə M.Tağıyev 12 il azadlıqdan məhrum edilib.
413