Həbsdə olan MTK sədri məhkəmədə ifadə verib
08 dekabr 2016 11:47 (UTC +04:00)

Həbsdə olan MTK sədri məhkəmədə ifadə verib

 

Dələduzluqda təqsirləndirilən Gülxar Həşimovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Dağlar” MTK-nın sədri, hazırda həbsdə olan Şahin Əliyev ifadə verib.

 

O, ifadəsində zərərçəkmiş Sevil Musayeva onun sahibi olduğu binadan 58 min manat dəyərində mənzil alıb: "Sevil xanım Gülxar Həşimovanın vasitəsi ilə ev almışdı. Lakin sonradan müqaviləni ləğv etdik, pulu isə Gülxara qaytardım. Gülxarın isə ona həmin pulu geri qaytarmasından xəbərsizəm".

 

Məhkəmə dekabrın 22-də davam edəcək.

 

Qeyd edək ki, G.Həşimova zərərçəkmiş Sevil Musayevanın 58 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

 

G.Həşimovanın barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir.

 

Xatırladaq ki, “Dağlar” MTK-nın sədri Ş.Əliyev dələduzluqda təqsirli bilinərək həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Səlcuq Elçin

Oxşar yazılar