
Həbsdə olan beşqat dünya çempionunun cəzası artırıldı
Bakı Apelyasiya Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun barəsindəki hökmdən verilən apelyasiya şikayətləri və apelyasiya protesti ilə bağlı ilkin baxış iclası keçirilib.
APA-nın məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun cəzası 6 il 6 aya qaldırılıb.
Qeyd edək ki, qayınatası Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirləndirilən E.Məcidov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan prokuror apelyasiya protesti, zərərçəkmişlər və E.Məcidov isə apelyasiya şikayəti verib.
Xatırladaq ki, "Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri olan E.Məcidov kikboksinq üzrə beşqat dünya çempionudur.
Oxşar yazılar

Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00
Siyəzəndə müəmmalı ÖLÜM: ailəsi meyitini tapdı
12 iyul 2025 , 19:31
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU
12 iyul 2025 , 18:23
Azərbaycanlı biznesmenlərdən rüşvət alan daha bir polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 18:00
Qumarxanalardan pul yığan polis rəisi HƏBS OLUNDU
12 iyul 2025 , 15:49
Azərbaycanda bu qadını görənlər polisə desin - AXTARILIR
12 iyul 2025 , 15:32