Həbs edilən sabiq rəis Ali Məhkəməyə şikayət etdi
01 dekabr 2014 10:57 (UTC +04:00)

Həbs edilən sabiq rəis Ali Məhkəməyə şikayət etdi

0

Göyçay rayon Kommunal Təsərrüfat İdarəsinin sabiq rəisi Loğman Əliyev barəsində olan hökmdən Ali Məhkəməyə kasasiya şikayəti verib. Lent.az-ın məlumatına görə, məlumatına görə, kasasiya şikayəti icraata qəbul edilib. Şikayət üzrə məhkəmə prosesi dekabrın 3-də başlayacaq.

Qeyd edək ki, L. Əliyev Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunur. O, Göyçay Rayon Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan L. Əliyev apellyasiya şikayəti verib. Lakin məhkəmə şikayəti təmin etmədiyindən L. Əliyev Ali Məhkəməyə müraciət edib.

Onu da qeyd edək ki, L. Əliyev bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. Belə ki, o, Göyçay sakini Nəzakət Süleymanovaya qarşı fiziki təzyiq göstərərək ona müxtəlif bədən xəsarətləri yetirməkdə və Göyçay rayonunda zibil poliqonu ilə bağlı çəkiliş aparan ANS televiziyasının bölgə müxbiri Günel İsayeva və operator Rəşad Rəşidova qarşı fiziki təzyiq göstərərək onları təhqir etməkdə və videokameranı əllərindən alaraq sındırmaqda ittiham edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1059

Oxşar yazılar