Bakıda hakimi döyməkdə ittiham edilən sürücü barəsində həbs-qətimkan tədbiri seçilib.
Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Zamanovun APA-ya verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevlə “Azpetrol LTD” MMC- nin sürücüsü İlqar Paşayev arasında mübahisə yaranıb. Mübahisə nəticəsində İ. Paşayev Rauf Əliyevə xəsarət yetirib.
İ. Paşayevə Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi illə ittiham edilərək, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətində həbs-qətimkan tədbiri seçilib.
Rauf Əliyev APA-ya açıqlamasında bildirib ki, Kütləvi İnformasiya vasitələrində barəsində yazılan məlumatların əsassız olduğunu bildirib: “Həmin məlumatların heç bir əsası yoxdur. Hazırda həmin faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. İstintaq müddətində mənim danışmağım düzgün olmaz”.
Qeyd edək ki, “Bizim yol” qəzeti Rauf Əliyevin “Azpetrol LTD” MMC- nin sürücüsü İlqar Paşayevi döyməsi barədə məlumat yayıb.