APA-nın Mil-Muğan bürosuna BDYP-dən verilən məlumata görə bu gün saat 16.30 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində Bakı-Qazax yolunun 130-cu kilometrliyində Goranboy rayonunun Dəliməmmədli kənd sakini 1986-cı il təvəllüdlü Ağayev Emin Arif oğlunun idarə etdiyi «Qazel» markalı 03 BA 302 dövlət nömrə nişanlı yük maşını ilə Şəmkir sakini 1983-cü il təvəllüdlü İsmayılov Elçin Qəmbər oğlunun idarə etdiyi «Mersedes» markalı 99 CS 690 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan «Mersedes»in sürücüsü reanimasiya şöbəsində dünyasını dəyişib. «Qazel» markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər Ucar rayonunun Müsüslü kənd sakini 1992-ci il təvəllüdlü Həmidov Orxan Afiq oğlu və sürücünün qardaşı Ağayev Ənvər Arif oğlu müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.