Hacıqabul şəhərində yanğın hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Həmid Həmidov küçəsi, 1-də qeydə alınıb.
Yanğın nəticəsində Cəbrayılova Kəmalə Rəhim qızına məxsus evin yanar konstruksiyaları və ev əşyaları 100 kvadratmetr sahədə, daha 3 fərdi evin isə dam örtüyü tamamilə yanıb.
Yanğının söndürülməsinə Şirvan və Hacıqabul Yanğından Mühafizə Hissəsinin 7 yanğınsöndürən avtomaşını və şəxsi heyəti cəlb olunub.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb. Yaxındakı evlər yanğından qorunub.
İlkin versiyaya görə, yanğına qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.