Hacıqabul sakinini gürzə sancdı
24 may 2016 21:26 (UTC +04:00)

Hacıqabul sakinini gürzə sancdı

0

Günorta saatlarında Hacıqabul şəhəri, Ordubadi küçəsi 20 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Hüseynov Xalis Pəncalı oğlunu gürzə ilanı sancıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Harami dağının ətəyində yerləşən Hacıqabul qazpaylayıcı stansiyasında işləyən X.Hüseynov elə iş vaxtı  gürzə ilanının hücumuna məruz qalıb. O, ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilan əleyhinə zərdab vurulub.

 

Hazırda xəstənin vəziyyəti stabilləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar