Azərbaycanda 13 yaşlı oğlan itkin düşdü
27 sentyabr 2019 16:10 (UTC +04:00)

Azərbaycanda 13 yaşlı oğlan itkin düşdü

0
 
Qazax sakini itkin düşüb.
 
APA-nın yerli bürosunun məlumatına görə, 13 yaşlı rayon sakini Sadıqov Rəvan Anar oğlu sentyabrın 26-da evdən çıxıb və geri qayıtmayıb.
 
O, evdən çıxan zaman əynində boz şalvar, qara ayaqqabı, ağ köynək və göy jaket olub. Boyu 1 metr 50 sm-dir. Gözünün rəngi qaradır, sağ əlinin üstündə yanıq var.
 
Həmin şəxsi görənlər DİN-in 102 Xidmətinə və Qazax Rayon Polis Şöbəsinə müraciət  edə  və ya bu nömrələrlə əlaqə saxlaya bilərlər:
 
0503920221
 
0553352955
 
0222951497

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1104

Oxşar yazılar