Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində silah arsenalı tapılıb
12 oktyabr 2014 06:43 (UTC +04:00)

Gürcüstanın ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində silah arsenalı tapılıb

0

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin cənubunda  ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində yerin altında gizlədilmiş 100-dən çox tank mərmisi və 4000-dən çox mina detonatoru tapılıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.  

 

“Ümumilikdə, 128 tank mərmisi, 3 969 partlayıcı mina detonatoru və 15 480 yaylı partlayıcı götürülüb”, deyə məlumatda qeyd olunub.

 

Faktla bağlı Gürcüstan CM-nin 236-cı maddəsi üzrə (silah-sursatın qanunsuz saxlanılması və əldə olunması) cinayət işi başlanıb, istintaq aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1076

Oxşar yazılar