Gürcüstana silah keçirmiş Ermənistan vətəndaşı saxlanılıb
16 avqust 2015 10:54 (UTC +04:00)

Gürcüstana silah keçirmiş Ermənistan vətəndaşı saxlanılıb

0

Dünən Gürcüstanın Daxili İşlər Nazirliyinin və Maliyyə Nazirliyinn gəlirlər xidmətinn əməkdaşları Sadaxlı gömrük məntəqəsində odlu silah keçirmək istəyən Ermənistan vətəndaşını saxlayıblar.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki nazirliyin birgə əməliyyat tədbirləri nəticəsində 1947-ci il təvəllüdlü Ermənistan vətəndaşı A. Frunzik saxlanılıb.

 

Aparılan istintaq nəticəsində məlum olub ki, saxlanılan şəxs Sadaxlı gömrük-buraxılış məntəqəsindən "Valter" sistemli odlu silah və 10 patron keçirib.

 

Faktla bağlı istintaq tədbirləri aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 341

Oxşar yazılar