Tanınmış yazar Günel Mövludun qardaşları azadlığa çıxıb. Bu barədə yazarın özü feysbuk səhifəsində məlumat verib.
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, yazarın qardaşları cəzalarının bir hissəsini çəkdiklərindən azadlığa buraxılıb.
Qeyd edək ki, Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar ötən ilin oktyabr ayında həbs olunmuşdu. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.
Məhkəmələrin hökmünləri əsasən Raci İmanov 1,5 müddətinə, Vəkil İmanov isə 1 il müddətə azadlıqdan məhrum edilmişdi