Gülər Əhmədovanın həyat yoldaşı: “Türkiyədə Sevinc Babayeva ilə görüşdüm”
31 oktyabr 2013 18:22 (UTC +04:00)

Gülər Əhmədovanın həyat yoldaşı: “Türkiyədə Sevinc Babayeva ilə görüşdüm”

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesində onun köməkçisi olmuş Əhməd Şahidov da ifadə verib.


 

APA-nın xəbərinə görə, Ə.Şahidov G.Əhmədova deputat olan zaman onun köməkçisi kimi çalışdığını, deputat mandatı ləğv olunandan sonra onun da işinə xitam verildiyini qeyd edib. O, E.Abdullayevin G.Əhmədova ilə nə zamansa görüşünün şahidi olmadığını da bildirib.


Daha sonra prosesdə G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov ifadə verib. F.Əhmədov Qazaxdan geri qaytarılan zaman 30-40 saat ac-susuz saxlanıldıqlarını açıqlayıb: “Şəkər xəstəliyi üçün dərmanımızı da içməyə qoymurdular. Hərəmizi bir tərəfə salmışdılar. Türkiyəyə getməyimlə bağlı istintaqa verdiyim ifadədə göstərmişəm ki, oraya özümə iş qurmağa getmişdim. Gülər xanımın videosu yayılandan sonra məni işdən çıxardılar. İki oğluma isə cinayət işi açdılar. Deyirdilər ki, bunlar fəraridir, axtarışdadırlar. Həmin vaxt oğlanlarımdan biri Maliyyə, o biri Rabitə Nazirliyində işləyirdi. Necə ola bilərdi ki, onlar axtarışda olsun? Türkiyəyə gedəndə Sevincin nömrəsini bilirdim. Çağırdım, oturub yemək yedik, əl-ayağı şiş idi. Dedi ki, qanım azdı, üşüyürəm, qırmızı çaxır olsaydı, içərdim. Mən də sifariş verdim, bir yerdə içdik. Yaşadığı evə də getdim, təkid elədim ki, Azərbaycana qayıtsın. Dedi ki, mənə qondarma cinayət işi qaldırıblar. Qayıtsam, məni həbs edərlər”.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15