Gülər Əhmədova ad günündə oğluyla görüşəcək
20 avqust 2013 13:58 (UTC +04:00)

Gülər Əhmədova ad günündə oğluyla görüşəcək

Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın doğum günüdür. 

 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bu gün xanımına baş çəkəcəyini  deyib:

“Düzü, görüşəcəyimizi dəqiq bilmirik.Amma yemək aparacağıq”.

Fikrət Əhmədov həmçinin bildirib ki, Gülər Əhmədovanın yanına kiçik oğlu Tamerlanla gedəcək.

Qeyd edək ki, Gülər Əhmədova ötən il fevralın 13-də elə kiçik oğlunun doğum günüdə həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir. 

O, 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. Bakı Dövlət Universitetinin müəllim işləyib.

Gülər Əhmədova 3 dəfə millət vəkili seçilib. Belə ki, o 2000-2005, 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, Sonuncu dəfə 3 əvvəl Milli Məclisə keçirilən seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən YAP-ın vahid namizədi kimi iştirak edib və qalib gəlib. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.

Gülər Əhmədovanın Toğrul, Əkbər və Tamerlan adında 3 oğlu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1698
avatar

Oxşar yazılar