Güclü külək, yağış və dolu dünən Gəncədə ciddi fəsadlar törədib.
Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, güclü yağış Gəncənin Zülfi Hacıyev küçəsini sel sularına qərq edib, avtomobillərin və piyadaların hərəkətində çətinliklərə səbəb olub. Bəzi evlərə ziyan dəyib.
Mayın 29-u axşam saatlarında müşahidə edilən güclü külək şəhərin bəzi ərazilərinin elektrik enerjisi ilə təminatında da fasilələr yaradıb.
Dünən Gəncəyə yağan güclü yağış və dolu şəhərin Gülüstan yaşayış massivində yaşayan sakinlər üçün də ciddi problemlər yaradıb. Güclü küləyin əsməsi nəticəsində işıq naqilləri qırılıb və əhali təxminən 3 saat işıqsız qalıb.
Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.