Göygöl rayonu ərazisindən silah-sursat tapılıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşları tərəfindən Çaykənd kəndi ərazisindən 2 ədəd “TOZ-8” markalı ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Mauzer” markalı tüfəng, 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 2 ədəd “F-1” markalı qumbara, 1 ədəd mina atan mərmisi, 2 ədəd “RPQ-7” markalı qumbara atanın mərmisi, 194 ədəd müxtəlif çaplı patron, 2 ədəd patron darağı, 1 ədəd əleyhqaz və 1 ədəd süngü bıçaq tapılıb.
Araşdırma aparılır.