Göygöldə yanğın: 400 cücə yanaraq tələf oldu
31 mart 2015 23:18 (UTC +04:00)

Göygöldə yanğın: 400 cücə yanaraq tələf oldu

Göygöldə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Xaqani kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

 

Yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149

Oxşar yazılar