Göygöldə evdə partlayış: 1 yaralı
17 mart 2016 07:42 (UTC +04:00)

Göygöldə evdə partlayış: 1 yaralı

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Göygöl şəhəri Nəriman Nərimanov küçəsi ev 15-də qeydə alınıb.

 

Bu ünvanda yaşayan 1977-ci il təvəllüdlü Fazil Məmmədov yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış olub və o müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

 

F. Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar