Göygöl rayon sakinin ilan sancıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Qızılca kəndində yaşayan 1963-cü il təvəllüdlü Səyyad Tağıyev yaşadığı evin həyətində gəzərkən ilan onun sağ ayağından sancıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.