Azərbaycanda heyrətamiz olay: körpə yatarkən qana bələnir - VİDEO
10 avqust 2013 01:26 (UTC +04:00)

Azərbaycanda heyrətamiz olay: körpə yatarkən qana bələnir - VİDEO

                                 

Göyçayda azyaşlı uşağın üzləşdiyi qeyri-adi vəziyyət hamını heyrətə gətirir. Lent.az-ın məlumatına görə, rayonun Xəlitli kənd sakini, 2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Rövşən oğlu yatandan beş dəqiqə sonra onun gözlərindən, qulağından və burnundan qan axır, sifəti qandan görünməz hala düşür. Bu hal, uşaq yalnız yuxuda olan zaman baş verir. Uşaq çoxlu qan itirsə də onun səhhətində heç bir problem yaranmır. O, yuxudan ayılan kimi qan kəsilir. Hüseyn çox sağlam və qıvraq uşaqdır, öz istedadı və maraqlı hərəkətləri ilə yaşıdlarından tam fərqlənir. Uşağın atası Göyçayın Xəlitli kəndində anadan olub, anası isə Xocalı sakinidir.

 

Balaca Hüseynin səhhətində baş verən bu qeyri-adi halın məhz Göyçay ərazisində baş verməsi görənləri və eşidənləri təəccübləndirir. Bu səbəbdən də uşağın doğulduğu rayonda və kənddə yaşaması müşkülə çevrilib. Valideynləri dəfələrlə uşağı Göyçaydan başqa rayonlara aparıblar. Hüseyn orada yatarkən onun gözlərindən qan gəlməyib.

 

Balaca Hüseynin üzləşdiyi problem 6 aydır davam edir. O, anadan olandan 8 ay sonra bu möcüzəvi halla rastlaşıb. Bu səbəbdən də uşaq və onun valideynləri Göyçaydan kənarda, Gəncə şəhərində kirayə ev tutaraq yaşamalı olurlar. Vaxtaşırı olaraq doğulduğu Xəlitli kəndinə gələn Hüseynin yatarkən gözlərindən qan axması hamını çarəsiz qoyub. Hüseynin müqəddəs Ramazan bayramı ilə əlaqədar ata yurduna gəlişi də, necə deyərlər, qanla nəticələnib. O, cəmi 5 saat ata-babasının evində qala bilib və valideynləri onu 4 dəfə yatızdırmağa cəhd ediblər. Hər dəfə yuxuya gedən balaca Hüseyn qana batdığı üçün onu dərhal Gəncəyə aparmalı olublar.

 

Bu möcüzə qarşısında həkimlər də aciz qalıb. Bakıda yerli və xarici həkimlər tərəfindən dəfələrlə müayinə edilən Hüseynin dərdinə əlac tapılmır. Həkimlər uşağın yatarkən gözlərindən qanın axmasını heç bir xəstəliklə əlaqələndirmirlər. Aparılan analizlərin nəticəsinə görə, uşaq tam sağlamdır. Uşağın valideynləri tanınmış tibb mütəxəssislərinə müraciət edərək, onun probleminin həll olunmasına köməklik etmələrini istəyirlər.

 

Bəzi mütəxəssislər bu uşağın tibbi sarıdan probleminin olmadığını, onun ilahi vergili bir bəndə olduğunu bildirirlər.

           

Elvin Yaqubov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9669
avatar

Oxşar yazılar

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13
Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09
Bakıda Atatürk parkında  restoran yandı - YENİLƏNİB

Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB

28 iyun 2024 , 15:15