Göyçayda iki ev birdən yandı - YENİLƏNİB
Göyçayda iki yaşayış evində baş verən yanğın söndürülüb.
ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında rayonun Kürdəmiş kənd sakinləri - Teymurov Kamil Əhməd oğluna məxsus, ümumi sahəsi 260 kv/m olan ikimərtəbəli və qardaşı Rasim Teymurova məxsus, ümumi sahəsi 120 kv/m olan evdə yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-nın Göyçay, Ağdaş, Ucar və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissələrinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Evlər bir-birinə bitişik olduğu üçün hər ikisi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
21:12
Göyçayda yaşayış evi yanır.
ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay rayon yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
617